Biləsuvarda avtomobil aşaraq yanıb, xəsarət alan var 

Biləsuvarda avtomobil aşaraq yanıb, xəsarət alan var  Biləsuvar rayonunda yol qəzası baş verib
Hadisə
14 Fevral , 2021 21:16
Biləsuvarda avtomobil aşaraq yanıb, xəsarət alan var 

Biləsuvar rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Muradov Qeyrət Piri oğlu "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirərək avtomobilini aşırıb. Avtomobil sonra yanmağa başlayıb.

Hadisə yerinə vaxtında çatan FHN-in Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları alışan avtomobildən yaralı sürücünü xilas ediblər.

Q.Muradov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi