Biləsuvarda ağır yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Biləsuvarda ağır yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB Biləsuvar. 22 fevral. REPORT.AZ/ Biləsuvar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.
Hadisə
22 Fevral , 2018 15:44
Biləsuvarda ağır yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB
Report

Biləsuvar. 22 fevral. REPORT.AZ/ Biləsuvar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, rayon sakini Tahir Murtuz oğlu Babayev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və əks tərəfdən gələn, rayon sakini Vaqif Elvin oğlu Musayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilib ki, hər iki yaralının vəziyyəti ağırdır. 


***15:23

Biləsuvar. 22 fevral. REPORT.AZ/ Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisndə baş verib. 

Belə ki, “VAZ-21011” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub. Hər iki avtomobil deformasiyaya uğrayıb.

Hadisə nəticəsində iki nəfərin ağır yaralandığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi