Biləsuvarda üç uşaq atası intihar edib

Biləsuvarda üç uşaq atası intihar edib Biləsuvar rayonunda intihar hadisəsi baş verib
Hadisə
15 Fevral , 2021 12:17
Biləsuvarda üç uşaq atası intihar edib

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Amankənd kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü İsaq Ədalət oğlu Buludov özünü asıb. Onun nevroloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, İ.Buldov ailəli idi, üç uşağı var.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi