Bakı. 26 sentyabr. REPORT.AZ/ Biləsuvar rayonunda intihar edən üç uşaq anasının kimliyi məlum olub.
"Report"un Aran bürosunun məlumatına görə, bu, 1964-cü il təvəllüdlü Safura Əzimovadır. O, həyətyanı sahəsindəki üzüm tənəyindən özünü asaraq intihar edib.
***12:41
Bakı. 26 sentyabr. REPORT.AZ/ Biləsuvar rayonunda qadın intihar edib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhər, Çingiz İldırım küçəsində baş verib.
Belə ki, hələlik bilməyən səbəbdən qadın özünü yaşadığı həyətdə asıb.
Hadisə yerinə hüququ-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.