Biləsuvarda 2 yaşlı uşaq boya həlledicisi içib, vəziyyəti ağırdır

Hadisə
  • 30 may, 2023
  • 21:34
Biləsuvarda 2 yaşlı uşaq boya həlledicisi içib, vəziyyəti ağırdır

Biləsuvarda bədbəxt hadisə baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, rayon sakini 2021-ci il təvəllüdlü qız nəzarətsiz qalan zaman boya həlledicisi içib.

Nəticədə az yaşlı qız zəhərlənib. O, dərhal Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.