Biləsuvarda 10 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub

Biləsuvarda 10 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub Bakı. 5 sentyabr. REPORT.AZ/ Sentyabrın 1-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzi və DİN-in ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Biləsuvar rayonunun Mahmudçala ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.
Hadisə
5 Sentyabr , 2018 01:47
Biləsuvarda 10 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Sentyabrın 1-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzi və DİN-in ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Biləsuvar rayonunun "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

“Report” xəbər verir ki, məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DİN-in Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə 2018-ci il 04 sentyabr tarixində də baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 10 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 12 500 kv.m əraziyə yerüstü və 830 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi