Biləsuvar və Cəlilabadda taxıl sahələri yanıb

Biləsuvar və Cəlilabadda taxıl sahələri yanıb Biləsuvar şəhərində yerli sakin Ağabəy Ağayevə məxsus taxıl sahəsində yanğın olub.
Hadisə
4 İyun , 2019 00:54
Biləsuvar və Cəlilabadda taxıl sahələri yanıb

Biləsuvar şəhərində yerli sakin Ağabəy Ağayevə məxsus taxıl sahəsində yanğın olub.

"Report"un Muğan bürosunun məlumatına görə, nəticədə 0,06 hektar biçilməmiş taxıl sahəsi yanıb.

Yanğın Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvələri tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi Cəlilabad rayonunun Uzuntəpə kəndində baş verib. Belə ki, 1 ha biçilməmiş taxıl sahəsi və 1,8 ha sahədə quru ot yanıb. Digər taxıl sahələri yanğından mühafizə olunub. Yanğın Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvələri cəlb edilərək söndürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi