Biləsuvarda 9 yaşlı oğlan 7 yaşlı qızı güllələyərək öldürüb - YENİLƏNİB

Biləsuvarda 9 yaşlı oğlan 7 yaşlı qızı güllələyərək öldürüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
28 İyul , 2017 11:21
Biləsuvarda 9 yaşlı oğlan 7 yaşlı qızı güllələyərək öldürüb - YENİLƏNİB

Biləsuvar. 28 iyul. REPORT.AZ/ Biləsuvar rayonunda güllələnərək öldürülən şəxsin adı açıqlanıb.

"Report"un Aran bürosu xəbər verir ki, bu, 2010-cu il təvəllüdlü Qasımova Səbinə Elşən qızıdır. Onu qohumu 2008-ci il təvəllüdlü Gözəlov Bəxtiyar Rafiq oğlu ov tüfəngi ilə güllələyərək öldürüb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.


*** saat 11:00

Biləsuvar. 28 iyul. REPORT.AZ/ Biləsuvar rayonunda güllələnmə olub.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.

Belə ki, həmin kəndin sakini qohumu tərəfindən güllələnərək öldürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi