Lerikə istirahətə gedən gənc çayda boğularaq ölüb
Hadisə
- 12 avqust, 2023
- 12:53
Biləsuvar rayon sakini Lerik rayonunda çayda boğulub.
“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Lerik rayonunun Piran kəndi ərazisində baş verib.
Belə ki, Biləsuvardan Lerikə istirahətə gedən ailə faciə ilə üzləşib.
Biləsuvar rayonunun Səmədabad kənd sakini, 2006-cı il təvəllüdlü Allahverdi Mail oğlu Mehdiyev ərazidən keçən çayda çimərkən boğulub.
A.Mehdiyev yaxınlarının köməyi ilə sudan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Lakin onun üzərində həyat əlamətləri müşahidə olunmayıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
14:40
Karni: Kanada Aİ-nin assosiativ üzvü olmaq təklifini alqışlayır
Digər ölkələr14:38
"Naxçıvan" ABŞ-li basketbolçu Kristian Konseni transfer edib
Komanda14:37
Prezident İlham Əliyev Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak edib
Daxili siyasət14:31
Rusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi olub
Digər ölkələr14:28
Əhliman Əmiraslanov: Maaş artımı bölgələrdə həkim çatışmazlığının həllinə təkan verəcək
Sağlamlıq14:28
Gürcüstanda ABŞ tərəfinin iştirakı ilə xarici hərbi maliyyələşmə müzakirə olunub
Region14:26
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb
Biznes14:23
İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub
Daxili siyasət14:18