Biləsuvar sakini dayısını qətlə yetirib

Biləsuvar sakini dayısını qətlə yetirib Biləsuvar rayonunda qətl hadisəsi baş verib
Hadisə
2 Aprel , 2021 14:27
Biləsuvar sakini dayısını qətlə yetirib
0 : 00
0 : 00

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində yerləşən yaşayış massivində qeydə alınıb.

Belə ki, rayon sakini Qubadov Röyal Şahin oğlu dayısı Həsənli İlqar Haqverən oğlunu bıçaqlayıb.

İ.Həsənli Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi