Biləsuvar gömrük postunun yaxınlığındakı dayanacaqda 6 avtomobil yanıb

Biləsuvar gömrük postunun yaxınlığındakı dayanacaqda 6 avtomobil yanıb Biləsuvar rayonunda gömrük postunun yaxınlığında yerləşən dayanacaqda 6 avtomobil yanıb.
Hadisə
26 İyun , 2019 20:10
Biləsuvar gömrük postunun yaxınlığındakı dayanacaqda 6 avtomobil yanıb

Biləsuvar rayonunda gömrük postunun yaxınlığında yerləşən dayanacaqda 6 avtomobil yanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, yanğın nəticəsində 2 ədəd “Hyundai”, 2 ədəd “VAZ”, 1 ədəd “Mercedes” və 1 ədəd “Mitsubishi” markalı minik avtomobilləri yanıb. 

Yanğın zamanı həmçinin taxtadan ibarət köşk də yanıb. Yanğın Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvələri cəlb edilərək söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi