Biləcəridə yük qatarında yanğın başlayıb

Biləcəridə yük qatarında yanğın başlayıb Bakının Biləcəri qəsəbəsində yük qatarının vaqonunda yanğın başlayıb.
Hadisə
18 İyul , 2019 19:20
Biləcəridə yük qatarında yanğın başlayıb

Bakının Biləcəri qəsəbəsində yük qatarının vaqonunda yanğın başlayıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda yanğın olması barədə məlumat daxil olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi