Biləcəridə yaşayış evindəki yanğın söndürülüb
- 28 oktyabr, 2021
- 20:48
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi evdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.
Yanğın zamanı ölən və xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.
00:18
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.
Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.