Biləcəridə sürücü idarəetməni itirərək avtomobili səkiyə çırpdı

Biləcəridə sürücü idarəetməni itirərək avtomobili səkiyə çırpdı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
11 May , 2021 05:35
Biləcəridə sürücü idarəetməni itirərək avtomobili səkiyə çırpdı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Hüseynli Nihat Elşən oğlu Biləcəri qəsəbəsi ərazisində sükana nəzarəti itirərək avtomobilini səkiyə çırpıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona çənənin və sol diz oynağının yumşaq toxumalarının əziyi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi