Biləcəridə piyadanı vurub öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Biləcəridə piyadanı vurub öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası aprelin 5-nə təyin edilib
Hadisə
31 Mart , 2018 18:08
Biləcəridə piyadanı vurub öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 31 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şahmar Yusibovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Report”un xəbərinə görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il iyulun 18-də saat 18:00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Yevlax rayon sakini Ş.Yusubov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu keçən qəsəbə sakini Ələddin Əsgərovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Hadisədən sonra saxlanılan Ş.Yusibovun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Yusibov 5 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, Ş.Yusibov milliyətcə qaraçıdır.

Son xəbərlər

Orphus sistemi