Biləcəri Dəmir Yolu Stansiyasında yanğın olub: 2 nəfər zəhərlənib
Hadisə
139
18 Dekabr , 2014
13:03


Bakı. 18 dekabr. REPORT.AZ/ Biləcəri Dəmir Yolu Stansiyasında yanğın olub. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 16-da saat 15 radələrində Biləcəri Dəmir Yolu Stansiyasında elektrovozun mühərrik hissəsində yanğın baş verib. Nəticədə tüstüdən zəhərlənən maşinist İlqar Cavadov və Arif Mahmudov xəstəxanaya yerləşdirilib.
Son xəbərlər
