Bakı
"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi kollegiyanın hökmü ilə R.Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq-silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə təqsirli bilinib.
Qeyd edək ki, hadisə bu il fevralın 14-də Sabunçu rayonunda baş verib.
Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Röyal Səfərov Aydınbəyov küçəsində, paytaxt sakini Toğrul Qəhrəmanova bıçaqla hədə-qorxu gələrək ona məxsus mobil telefonunu əlindən alıb və hadisə yerindən uzaqlaşıb.
Araşdırma zamanı 1993-cü il təvəllüdlü R.Səfərovun rayon ərazisində daha bir gənc qıza qarşı quldurluq edib mobil telefonunu əlindən aldığı məlum olub.