Yuxarı

Beynəlxalq humanitar hüquq üzrə təlimatçıların təlim kursu keçirilir

Dinlə

Bakı. 15 may. REPORT.AZ/ Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci tədris ili üçün hazırlıq planına əsasən, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi tərəfindən Gəncə şəhərində beynəlxalq humanitar hüquq üzrə təlimatçıların təlim kursu keçirilir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə “Beynəlxalq humanitar hüququn anlayış və prinsipləri”, “Beynəlxalq Qırmızı Xaç Komitəsi haqqında məlumat”, “Komandirin cavabdehliyi”, “Mülki müdafiə və beynəlxalq humanitar hüquq”, “Hərbi əsirlər”, “Beynəlxalq insan hüquqlarının anlayış və prinsipləri”, “Əməliyyatların aparılması” mövzularında mühazirələr oxunacaq və brifinqlər təqdim olunacaq.

Təlim kursu mayın 25-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi