Bakı. 12 oktyabr.
"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, 1985-ci il təvəllüdlü E.Nağıyev "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin filiallarından birində aparıcı mütəxəssis vəzifəsində çalışarkən vəzifə saxtakarlığı edib. O, vəzifəsindən sui-istifadə edərək, 19 min manat mənimsəyib.
E.Nağıyev ittihamla özünü təqsirli bildiyini söyləyib. Məhkəmədə məlum olub ki, sabiq bankir dəymiş zərəri ödəyib.
Qeyd edək ki, E.Nağıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdaeda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Onun barəsində həbs qətimkan tədbiri seçilməyib və hazırda ev dustaqlığındadır.