Yuxarı

​Beynəlxalq Bank işinə görə tutulmuş türkiyəli iş adamı apellyasiya şikayəti verib

Apellyasiya şikayəti bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib

Bakı. 26 fevral. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuz barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərardan apellyasiya şikayəti verib.

Onun vəkili Sadiq Rəsulov “Report”a bildirib ki, apellyasiya şikayəti bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.

Xatırladaq ki, fevralın 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuz barəsində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qeyd edək ki, Erhan Cavad Yavuz 2015-ci ilin may ayında saxlanılıb. O, "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda ittiham olunur. İş adamı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi