“Beynəlxalq Bank”ın əməkdaşlarının məhkəməsi başlayıb

“Beynəlxalq Bank”ın əməkdaşlarının məhkəməsi başlayıb Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçiləri - Rüfət Muradov və Qorxmaz Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
20 Aprel , 2018 14:55
“Beynəlxalq Bank”ın əməkdaşlarının məhkəməsi başlayıb

Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçiləri - Rüfət Muradov və Qorxmaz Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən R.Muradovu müdafiə etmək üçün dövlət hesabına vəkil təyin edilib. Lakin həmin müdafiəçinin məhkəmədə iştirak etmədiyi bildirilib.

R.Muradov söyləyib ki, onun hüquqlarını müdafiə etmək üçün vəkil Asif Abdullayevlə yeni müqavilə bağlanılıb. Ancaq həmin vəkilin də məhkəməyə gəlmədiyi qeyd edilib.

Məhkəmənin hazırlıq iclası aprelin 24-dək təxirə salınıb.

Qeyd edək ki, R.Muradovla Q.Vəliyev vəzifədə işlədiyi dövrdə müştərilərin vəsaitini tamah yolu ilə mənimsəyərək onların, ümumilikdə, 118 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə ittiham olunur.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi