Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı vətəninə ekstradisiya ediləcək

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı vətəninə ekstradisiya ediləcək 23 yaşlı azərbaycanlı 2016-cı ilin avqust ayından İnterpol tərəfindən axtarışda olub
Hadisə
10 Aprel , 2017 14:25
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı vətəninə ekstradisiya ediləcək

Bakı. 10 aprel. REPORT.AZ/ Ufada polis əməkdaşları beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, 23 yaşlı azərbaycanlı insan sağlamlığına qəsdən ağır xəsarət yetirmək maddəsi üzrə 2016-cı ilin avqust ayından İnterpol tərəfindən axtarışda olub.

Saxlanılan şəxs 2015-ci ilin sentyabr ayında cinayəti törətdikdən sonra Azərbaycanı tərk edib və Ufaya gedib. O, noyabr ayından 2016-cı ilin yanvar ayına qədər miqrasiya qeydiyyatına alınıb. Beynəlxalq axtarışa verildikdən sonra o, qeydiyyat müddətini artırmayıb və haqq-ədalətdən qaçmağa başlayıb.

Hazırda saxlanılan şəxsin Azərbaycana ekstradisiyası proseduru aparılır.

Son xəbərlər

Orphus sistemi