Beyləqanda şadlıq evləri və məclis sahibləri cərimələnib

Beyləqanda şadlıq evləri və məclis sahibləri cərimələnib Beyləqan rayonunda şadlıq evlərində polis tərəfindən reydlər keçirilib.
Hadisə
218
21 İyul , 2021 14:05
Beyləqanda şadlıq evləri və məclis sahibləri cərimələnib

Beyləqan rayonunda şadlıq evlərində polis tərəfindən reydlər keçirilib.

DİN Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının müvafiq dövlət orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində 2 şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb. Rayon ərazisində fəaliyyət göstərən “Kral" və "Röya" şadlıq sarayında aparılan yoxlamalar zamanı qonaqların müəyyən edilən say həddindən artıq olması, eləcə də mərasimə qatılan şəxslərin əksəriyyətinin COVID-19 pasportunun olmaması müəyyən edilib.

Aşkarlanan qayda pozuntuları ilə bağlı qeyd edilən obyektlərin sahibləri İbad Aslanov və Ağaxan Hacıyev inzibati məsuliyyətə cəlb edilib və oblar 4 min manat məbləğində cərimələnib. Həmçinin qeyd edilən şadlıq saraylarında toy məclislərini karantin qaydaları çərçivəsində təşkil etməyən məclis sahibləri də inzibati məsuliyyətə cəlb edilərək 400 və 200 manat məbləğində cərimələniblər.

Beyləqan Rayon Polis Şöbəsini əməkdaşları tərəfindən müvafiq dövlət orqanları ilə birgə yaşadıqları evlərin həyətlərində toy məclisi təşkil edən şəxslər arasında da profilaktik yoxlama tədbirləri görülüb.Rayonun Örənqala qəsəbəsi, Eyvazalılar kəndi və digər inzibati ərazilərində keçirilən yoxlamalar zamanı analoji qayda pozuntularına rast gəlinib. Həmin toy sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbir görülüb, cərimə protokolları tərtib edilib.

Son xəbərlər

Orphus sistemi