Beyləqanda qadını öldürməkdə təqsirləndirilən şəxsə bəraət verilib

Beyləqanda qadını öldürməkdə təqsirləndirilən şəxsə bəraət verilib Şirvan Apelyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şahin Quliyevin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
3 May , 2019 15:14
Beyləqanda qadını öldürməkdə təqsirləndirilən şəxsə bəraət verilib

Şirvan Apelyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şahin Quliyevin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ş.Quliyevin apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib, ona bəraət verilib. Ş.Quliyev məhkəmə zalında azadlığa buraxılıb.

Dövlət ittihamçısı qərardan kassasiya protesti verib. Protest Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrliyi ilə araşdırılacaq.

İttiham aktına əsasən, hadisə 2016-cı il noyabrın 26-da Beyləqan rayonu, Mil qəsəbəsində baş verib. Ş.Quliyeva həmin qəsəbədə yaşayan, tanışı Samirə Qasımova ilə pul müqabilində görüşüb. Mübahisə zəminində o, qadını bıçaqlayıb. Hadisədən 5 gün sonra S.Qasımova Beyləqan Rayon Mərkəzi Xəstəxanasında ölüb. Polis əməkdaşları tərəfindən saxlanılan Ş.Quliyev hadisəni törətmədiyini, həmin tarixdə bütün gün ərzində qaynatasının evində olub, odun doğradığını deyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Son xəbərlər

Orphus sistemi