Beyləqanda minik avtomobili Yuxarı Qarabağ kanalına aşıb, ölənlər var
Hadisə
- 29 yanvar, 2023
- 20:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünən saat 16:00 radələrində Sumqayıt şəhər sakini Vüqar Məmmədov "Mercedes" markalı avtomobillə Beyləqan rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili Yuxarı Qarabağ kanalına aşırıb.
Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Məlumata görə, nəticədə sərnişinlər - Sura Balayeva və Rəşad Məmmədov hadisə yerində ölüblər. Sürücü V.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin tibbi müdaxilələrə baxmayaraq müalicə aldığı xəstəxanada vəfat edib.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Son xəbərlər
04:09
BMT-də Azərbaycanın Cənub-Cənub əməkdaşlığına verdiyi önəmdən bəhs olunub
Xarici siyasət
03:52
ABŞ-nin "George H.W. Bush" təyyarədaşıyan gəmisi Ərəbistan dənizinə qayıdıb
Digər ölkələr
03:35
ABŞ-də məktəbdə atışma baş verib, xəsarət alanlar var
Digər ölkələr
03:18
Slovakiyada "Moxovtse" AES-nin yeni bloku enerji şəbəkəsinə qoşulub
Digər ölkələr
02:43
İraqda ilk dəfə Türkman Cəbhəsinin lideri nazir olub
Digər ölkələr
02:24
Albaniyada etirazçılar İqtisadiyyat Nazirliyinin binasına giriblər
Digər ölkələr
01:51
Britaniya hərbi peyklərin idarə olunmasında ABŞ-dən asılılıqdan ehtiyat edir
Digər ölkələr
01:17
Foto
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turunun oyunları baş tutub
Futbol
01:14
Foto
UEFA Avropa Liqasında II turun oyunları keçirilib
Futbol