Beyləqanda "Mercedes" aşıb, 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Beyləqanda "Mercedes" aşıb, 2 nəfər ölüb, 1 nəfər yaralanıb Beyləqan. 22 may. REPORT.AZ/ Beyləqan rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 May , 2018 15:47
Beyləqanda Mercedes aşıb, 2 nəfər ölüb, 1 nəfər yaralanıb
Report
0 : 00
0 : 00

Beyləqan. 22 may. REPORT.AZ/ Beyləqan rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Horadiz-Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, 1992-ci təvəllüdlü Toğrul Babayev və sərnişin, 1989-cu il təvəllüdlü Murad Muradov hadisə yerində ölüb. Avtomobildə olan daha bir sərnişin qadın ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon polsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi