​Beyləqanda mədəniyyət klubunun əməkdaşı qətlə yetirilib

​Beyləqanda mədəniyyət klubunun əməkdaşı qətlə yetirilib Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
5 Aprel , 2016 10:47
​Beyləqanda mədəniyyət klubunun əməkdaşı qətlə yetirilib

Bakı. 5 aprel. REPORT.AZ/ Beyləqan rayonunda qətl hadisəsi olub. “Report”un xəbərinə görə, Beyləqan rayonunun İmamverdilər kənd Mədəniyyət Klubuna gəlmiş kənd sakini Həsənalı Quliyev orada işləyən həmkəndlisi Validə Tağıyevaya münaqişə zəminində bıçaqla xəsarət yetirib. V.Tağıyeva hadisə yerində ölüb.

H.Quliyev könüllü olaraq Beyləqan Rayon Polis Şöbəsinə gəlib təslim olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi