Beyləqanda mağazadan 10 min manatdan artıq pul oğurlanıb

Beyləqanda mağazadan 10 min manatdan artıq pul oğurlanıb Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisindəki mağazalardan nəğd pul və digər əşyalar oğurlanıb.
Hadisə
17 İyun , 2022 15:39
Beyləqanda mağazadan 10 min manatdan artıq pul oğurlanıb

Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisindəki mağazalardan nəğd pul və digər əşyalar oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildiirlib ki, Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Sahib Şükürov saxlanılıb.

Araşdırma zamanı S.Şükürovun may və iyun aylarında kənd ərazisindəki mağazalara qeyri-qanuni yollarla daxil olaraq 10 min manatdan artıq nəğd pul və digər əşyalar oğurladığı müəyyən edilib.

O, bu əməlləri törədərkən təhlükəsizlik kameralarına yaxalanmamaq üçün üzünü maska vasitəsi ilə gizlədib. Lakin o, polis əməkdaşlarının keçrdiyi tədbirlərlə çox çəkmədən müəyyən olunaraq istintaqa təhvil verilib.

Faktla bağlı S.Şükürov barəsində Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi