Beyləqanda avtomobil velosipedçini vuraraq öldürüb

Beyləqanda avtomobil velosipedçini vuraraq öldürüb Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır
Hadisə
119
8 Mart , 2021 12:50
Beyləqanda avtomobil velosipedçini vuraraq öldürüb

Beyləqan rayonunda yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 6-sı saat 17 radələrində rayonun Yeni Mil qəsəbəsi ərazisində rayon sakini V.Cavadlı idarə etdiyi “Toyota” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Qəhrəmanlı qəsəbə sakini Z.Novruzovu vurub.

Nəticədə velosipedçi xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi