Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonu, Birinci Şahsevən kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi və nəticədə 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dərhal axtarışlara başlanılıb.
Nazirliyin Mətbuat xidmətindən "Report"a bildirilib ki, sudan çıxarılan avtomobildə insan faktoruna rast gəlinmədiyindən, batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışları dalğıc-axtarış qrupu tərəfindən kollektorda davam etdirilir.
Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək.
Nazirlik hərbçi Sahil Ağayevin avtomobilinin sudan çıxarılmasının görüntülərini də yayıb. Həmin görüntüləri təqdim edirik:
Beyləqanda Baş Mil-Muğan kollektoruna düşmüş avtomobil tapılıb və sudan çıxarılıb.
"Report"un xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri minik avtomobilinin sürücüsü 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışlarını davam etdirir.
Sürücünün hərbçi olduğu bildirilir.
Beyləqanda avtomobil Baş Mil-Muğan kollektoruna düşüb, bir nəfər batıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində bir nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.