Beyləqanda avtomobil aşıb, ölənlər var
Hadisə
- 05 may, 2023
- 05:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Beyləqan rayonunda avtomobil aşıb, ölənlər var.
“Report”un xəbərinə görə, hadisə mayın 4-də rayonun Qəhrəmanlı qəsəbəsindən keçən asfalt yolda qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Salahlı Əyyub Sahib oğlu idarə etdiyi “Mercedes-Benz E190” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Daha sonra maşın yoldan çıxaraq yolun sağ kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişinlər - 2001-ci il təvəllüdlü Orucov Rəşad Elxan oğlu və 1995-ci il təvəllüdlü Xudiyev Eltun İsrəfil oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb, sürücü Ə.Salahlı isə bud çanaq oynağının əzilməsi xarakterli xəsarət alıb. Onun səhhəti stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
17:54
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Region
17:51
"Bavariya" qışda yeni futbolçu transfer etməyəcək
Futbol
17:50
Foto
Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib
Hərbi
17:47
AQEM Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq proseslərdə fəal mövqeyinin göstəricisidir - rəy
Daxili siyasət
17:40
Zelenski Qərbi xəbərdar etdi - məğlub olsaq, 20 milyon ukraynalı Avropaya gələcək
Digər ölkələr
17:40
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
Fərdi
17:37
Foto
Anar Bayramov Qubada vətəndaşları qəbul edib
Sağlamlıq
17:36
Zelenski: "PAC-2" və "PAC-3" raket əleyhinə sistemlər artıq Yaxın Şərqə verilir, biz prioritet deyilik
Digər ölkələr
17:27
"Real"ın Vinisiusla bağlı apellyasiya şikayəti rədd edilib
Futbol