Beyləqanda bahalı avtomobil aşıb, ölən var

Beyləqanda bahalı avtomobil aşıb, ölən var Beyləqan rayonunda yol qəzası olub
Hadisə
9 Fevral , 2021 11:20
Beyləqanda bahalı avtomobil aşıb, ölən var

Beyləqan rayonunda yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 9-da saat 1 radələrində Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində Tatalılar kənd sakini C.Sarızadə idarə etdiyi “İnfiniti” markalı avtomobili yolun kənarına aşırıb. Nəticədə C.Sarızadə və sərnişini N.Aslanov xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi