Beyləqanda 33 yaşlı kişini avtomobil vurub

Hadisə
  • 24 dekabr, 2021
  • 02:54
Beyləqanda 33 yaşlı kişini avtomobil vurub

Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. Avtomobil yolu keçən Əliyev İlham Tohid oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və alın sümüyünün sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.