Beyləqanda 3 mağazadan 10500 manatlıq oğurluq edilib

Beyləqanda 3 mağazadan 10500 manatlıq oğurluq edilib Beyləqan rayonunda mağazalardan oğurluq edən şəxslər saxlanılıb
Hadisə
3 Mart , 2021 12:05
Beyləqanda 3 mağazadan 10500 manatlıq oğurluq edilib

Beyləqan rayonunda mağazalardan oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisindəki 3 mağazadan ümumilikdə 176 manat pul və 10 460 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Mahmudlu və Füzuli rayon sakini X.Məmmədli saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi