Beyləqanda 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Beyləqanda 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb ANAMA tərəfindən 1500 kv.m ərazi yoxlanılıb
Hadisə
15 Noyabr , 2016 15:59
Beyləqanda 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Beyləqan rayonunda 5 ədəd top mərmisinin gilizi və 2 ədəd partlamamış hərbi sursat aşkar edilib.

Bu barədə “Report”a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilib ki, rayonun Birinci Şahsevən kəndində dəmir yol stansiyasının yaxınlığındakı ərazidə 5 ədəd top mərmisinin gilizi (boş) və 2 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi (OF-462), 125 mm-lik top mərmisi (OF-26)) aşkar edilərək götürülüb.

ANAMA tərəfindən 1500 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə agentlik aprelin 7-dən noyabrın 15-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirib, 3 955 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 43 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi