"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Beyləqanda 1 nəfər azyaşlının əli ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalıb və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər ətçəkən maşını kəsərək uşağın əlini detalın içərisindən çıxarıblar.