Beyləqanda 1 ədəd top mərmisi tapılıb

Beyləqanda 1 ədəd top mərmisi tapılıb ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib
Hadisə
7 Mart , 2018 00:09
Beyləqanda 1 ədəd top mərmisi tapılıb
ANAMA

Bakı. 7 mart. REPORT.AZ/ Ötən gün Beyləqan rayonunun Xaçınabad kəndi ərazisində 1 ədəd mərmi tapılıb.

“Report” xəbər verir ki, bu barədə məlumat mart 6-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyatyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Son xəbərlər

Orphus sistemi