Beyləqan sakini həmyerlisini bıçaqlayıb - YENİLƏNİB

Beyləqan sakini həmyerlisini bıçaqlayıb - YENİLƏNİB Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
28 Sentyabr , 2017 09:56
Beyləqan sakini həmyerlisini bıçaqlayıb - YENİLƏNİB

Beyləqan. 28 sentyabr. REPORT.AZ/ Beyləqan rayonunda yerli sakin mübahisə zəminində tanışını öldürməyə cəhd edib.

"Report"un məlumatına görə, 1989-cu il təvəllüdlü Rəfi Tehran oğlu Zeyniyev mübahisə zəminində həmkədlisi olan, 33 yaşlı Ə.Xudaverdiyevi bıçaqlayaraq onu öldürməyə cəhd edib. 

Hadisəni törədən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 29, 120-ci (öldürməyə cəhd) maddəsilə cinayət işu açılıb, araşdırma aparılır.


***9:18

Beyləqan. 28 sentyabr. REPORT.AZ/ Beyləqan rayon sakini naməlum şəxs tərəfindən bıçaqlanıb. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun 2-ci Şahsevər kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1984-cu il təvəllüdlü Əlizamin Əli oğlu Xudaverdiyev bir neçə bıçaq zərbəsi ilə ağır xəsarət alıb. Çox saylı bıçaq yarası alan Ə.Xudaverdiyev xəstəxanaya aparılıb və əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi