"Beşiktaş" "Qalatasaray"ı böyük hesabla yenib - VİDEO

"Beşiktaş" "Qalatasaray"ı böyük hesabla yenib - VİDEO "Qalatasaray" ardıcıl 10-cu İstanbul derbisində qələbəyə həsrət qalıb
Hadisə
3 Dekabr , 2017 01:30
Beşiktaş Qalatasarayı böyük hesabla yenib - VİDEO

Bakı. 3 dekabr. REPORT.AZ/ Türkiyə Super Liqasında XIV turun mərkəzi görüşü "Beşiktaş" və "Qalatasaray" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, "Vodafone Arena"da təşkil olunmuş İstanbul derbisi meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hər 3 qol ikinci hissədə vurulub. 46-cı dəqiqədə Cenk Tosun, 70-ci dəqiqədə Duşko Toşiç, 90+1-ci dəqiqədə isə Alvaro Neqredo fərqlənib.

Beləliklə, "Qalatasaray" ardıcıl 10-cu İstanbul derbisində qələbəyə həsrət qalıb. Bu qarşılaşmalardan "sarı-qırmızılar" 6 məğlubiyyət, 4 heç-heçə ilə ayrılıb. "Beşiktaş" isə axırıncı 10 derbidə 5 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət görüb.

Məğlubiyyətə baxmayaraq, "Qalatasaray" 29 xalla 1-ci pillədə qalıb. Lakin ikinci pillədəki "Başakşehir" bu gün evdə "Osmanlıspor"a qalib gəlsə, xallarını 30-a çatdıraraq, liderliyi ələ keçirəcək. "Beşiktaş" isə 26 xalla 3-cü pilləyə yüksəlib.

Son xəbərlər

Orphus sistemi