Beş rayonda oğurluq edən şəxsin məhkəməsi başlayır

Beş rayonda oğurluq edən şəxsin məhkəməsi başlayır İsmayıllı və digər rayonlarda oğurluq etməkdə təqsirləndirilən Elçin Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
17 Oktyabr , 2019 10:58
Beş rayonda oğurluq edən şəxsin məhkəməsi başlayır

İsmayıllı və digər rayonlarda oğurluq etməkdə təqsirləndirilən Elçin Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün İsmayılllı Rayon Məhkəməsinə göndərilib.

Hakim Rəfayel Şirinovun icraatında olan iş üzrə hazırlıq iclası oktyabrın 29-na təyin edilib.

Bu ilin may ayında İsmayıllının Təzəkənd kənd sakini Ramiz Səmədov Rayon Polis Şöbəsinə müraciət edərək, ona məxsus mağazadan ümumi dəyəri 1500 manat olan müxtəlif məhsullar və nağd pul oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Goranboy sakini, 31 yaşlı Elçin Hüseynov saxlanılıb. Məlum olub ki, bu onun yeganə cinayət əməli deyil və ətraf rayonlarda da analoji cinayətlər törədib.

E.Hüseynov oğurluğun aludəçisi olduğunu və bu əməlin onda vərdiş halına gəldiyini bildirib.

Ona Cinayət Məcəlləsinin 177.2-ci (təkrar oğurluq) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi