Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xətai rayonunda yerləşən "Bərpa” Tibb Mərkəzində yanğın olması barədə məlumat daxil olub.
Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın nəticəsində tibb müəssisəsinə aid ümumi sahəsi 449 m² olan binanın yanar konstruksiyaları 14 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər (xəstə) qatı tüstü olan ərazidən təxliyə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.