Bərdədən Bakıya qonaq gələn şəxs ev sahibini qətlə yetirib

Bərdədən Bakıya qonaq gələn şəxs ev sahibini qətlə yetirib Bakıda qətl hadisəsi törədilib.
Hadisə
7 İyun , 2019 11:39
Bərdədən Bakıya qonaq gələn şəxs ev sahibini qətlə yetirib

Bakıda qətl hadisəsi törədilib.

Belə ki, DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə iyunun 6-da saat 1 radələrində Zabrat qəsəbəsində yaşayan Rəşid Qasımovun evinə gəlmiş şəxsin ona bıçaqla çoxsaylı xəsarətlər yetirib hadisə yerini tərk etməsi və ev sahibinin hadisə yerində ölməsi barədə məlumat daxil olub.

DİN Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dərhal Sabunçu rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini C.Babaşov müəyyən edilib.

C.Babaşov polis əməkdaşları tərəfindən Bərdə rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi