Bərdədə yük maşını sürücüsünün yatması nəticəsində qəza baş verib - FOTO

Bərdədə yük maşını sürücüsünün yatması nəticəsində qəza baş verib - FOTO "Kamaz" minik avtomobilini 15 metr sürütləyib
Hadisə
1065
17 Sentyabr , 2017 02:57
Bərdədə yük maşını sürücüsünün yatması nəticəsində qəza baş verib - FOTO
Foto: Report.az

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bərdədə sürücünün yatması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Rayon mərkəzinə tərəf hərəkətdə olan "Kamaz" markalı yük avtomobilinin 56 yaşlı sürücüsü Əliyev Hümbət Şəmsi Sədi oğlunun sükan arxasında yatması nəticəsində yük avtomobili əks istiqamətə çıxaraq 25 yaşlı Abbasov Ramiz Rafiq oğluna məxsus BMW markalı minik avtomobilinə çırpılıb. Zərbə nəticəsində yük avtomobili minik maşınını 15 metr sürütləyib. Nəticədə xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi