Yuxarı
    Bağlamaq

    Bərdədə yük maşını 47 yaşlı əlili vurub - FOTO

    Şahin Əliyarovun vəziyyəti ağır olaraq qalır© Report.az

    Bərdə. 10 may. REPORT.AZ/ Bərdə rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    "Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

    Belə ki, iki ayagından əlil olan 47 yaşlı Əliyarov Şahin Qürbət oğlu yol keçmək istəyərkən əslən Rusiya vətəndaşı olan 63 yaşlı Pənahov Sergey Pənah oglunun idarə etdiyi "KaMAZ" markalı yük maşını tərəfindən vurulub. Ağır bədən xəsarətləri almış piyada ətrafdakı insanların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

    Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi