​Bərdədə yolu keçmək istəyən qadını maşın vurub

​Bərdədə yolu keçmək istəyən qadını maşın vurub Yaralı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib
Hadisə
7 noyabr 2015 18:19
​Bərdədə yolu keçmək istəyən qadını maşın vurub

Bakı. 7 noyabr. REPORT.AZ/ Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, rayonun Əliyanlı kəndində qeydə alınan qəzada “BMW” markalı avtomobil yolu keçmək istəyən qadını vurub.

Nəticədə rayon sakini İbrahimova Minayə İsmayıl qızı bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində araşdırma aparılır.

Orphus sistemi