Bərdədə yol qəzası olub, 3 nəfər xəsarət alıb - FOTO - ƏLAVƏ OLUNUB

Bərdədə yol qəzası olub, 3 nəfər xəsarət alıb - FOTO - ƏLAVƏ OLUNUB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
13 Oktyabr , 2017 12:40
Bərdədə yol qəzası olub, 3 nəfər xəsarət alıb - FOTO - ƏLAVƏ OLUNUB
Report

Bərdə. 13 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Bərdə şəhərinin koroğlu küçəsində qeydə alınıb. 

Belə ki, Tərtər rayon sakini, 28 yaşlı Rahib Quliyevin idarəetdiyi 02-BM-893 dövlət qeydiyyat nömrə nişanlı "VAZ-21011" markalı, idarəetmədən çıxaraq yolun kənarındakı daş hasara çırpılıb. Nəticədə sürücü R.Quliyev və avtomobildə olan iki sərnişin - Tərtər rayon sakinləri, 24 yaşlı Ayaz Məmmədov, 25 yaşlı Nail Musayev müxtəlif dərəcəli bədən xəsarələri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna hər üç yaralının vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi