Bərdədə yol qəzasında ölənlərin sayı artdı - VİDEO - YENİLƏNİB-2

Bərdədə yol qəzasında ölənlərin sayı artdı - VİDEO - YENİLƏNİB-2 Bərdənin Göbər kəndi ərazisində baş verən yol qəzasında ölənlərin sayı artıb.
Hadisə
26 Aprel , 2020 21:35
Bərdədə yol qəzasında ölənlərin sayı artdı - VİDEO - YENİLƏNİB-2

Bərdənin Göbər kəndi ərazisində baş verən yol qəzasında ölənlərin sayı artıb.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, qəza zamanı ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Seymur Cəfərov həkimlərin səylərinə baxmayaraq ölüb. 

Bununla da qəzada ölənlərin sayı 2 nəfərə çatıb. Qeyd edək ki, daha əvvəl qəza nəticəsində ağır xəsarət almış Bərdə rayon sakini Elnur Asif oğlu Cəfərov hadisə yerində ölüb.

Hadisə zamanı daha 1 nəfər - Behbud Məmmədov xəsarət alıb. O, Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər B.Məmmədovun vəziyyətinin ağır olduğunu bildirirlər. 

Qeyd edək ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Göbər kəndi ərazisində qeydə alınıb. “VAZ-2107” markalı avtomobil ilə "Nissan" markalı minik maşını toqquşub. 

Faktla bağlı araşdırma aparılır. 

Bərdənin Göbər kəndi ərazisində baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub. 

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, qəza zamanı Bərdə rayon sakini Elnur Asif oğlu Cəfərov hadisə yerində ölüb.

Qəza zamanı habelə Behbud MəmmədovSeymur Cəfərov isə ağır xəsarətləri alıb. Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onların vəziyyətinin ağır olduğunu bildirirlər.

Qeyd edək ki, “VAZ-2107” markalı avtomobil ilə "Nissan" markalı minik maşını toqquşub. 

Faktla bağlı araşdırma aparılır.


***15:53

Video əlavə olunub


***15:11

Bərdə rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Göbər kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənddə “VAZ-2107” markalı avtomobil ilə "Nissan" markalı minik maşını toqquşub. Nəticədə "Nissan"ın sürücüsü ölüb. Hadisə zamanı həmçinin “VAZ-2107”in sürücüsü və sərnişini ağır xəsarət alıb. 

Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi