Bərdədə yol qəzası baş verib, 5 nəfər xəsarət alıb

Bərdədə yol qəzası baş verib, 5 nəfər xəsarət alıb Bərdə rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
6 Mart , 2020 16:35
Bərdədə yol qəzası baş verib, 5 nəfər xəsarət alıb
pexels.com
0 : 00
0 : 00

Bərdə rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə Otuzikilər kəndində qeydə alınıb. 

Belə ki, Bərdə rayon sakini İxtiyar Mirzəyevin idarə etdiyi minik avtomobili Amil Mustafayevin sükanı arxasında olduğu traktorla toqquşub. Nəticədə 5 nəfər - Yevlax rayon sakinləri, 1955-ci il təvəllüdlü İxtiyar Mirzəyev, 1959-cu il təvəllüdlü Yeganə Mirzəyeva, 2015-ci il təvəllüdlü Əli Mirzəyev, 2014-cü il təvəllüdlü Mələk Mirzəyeva və Bərdə rayon sakini, 1968-ci il təvəllüdlü Ziyafət Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlarının vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi