Yuxarı

Bərdədə yaşayış binasında yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB

Bərdədə yaşayış binasında yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB

Bərdə rayonunda hündürmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən binanın sakinlərinin adları məlum olub. 

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzillərdən birində yanğın çıxıb. Nəticədə üç nəfər Əzizova Aydə Bədir qızı, İsmayılova Şəlalə Oruc qızı və Yüsuzadə Əfsanə Xəyal qızı tüstüdən zəhərlənib.

Onlara zəruri tibbi yardım göstərilib. Yanğın söndürülüb, alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.


*** 12:10

Bərdə rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb. 

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. hazırda sakinlər binadan təxliyyə olunurlar.

Hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi, eləcə də Şabran Rayon Mərkəzi Xəstəxanasının təcili-tibbi yardım briqadaları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi