Bərdədə “yas pulu” üstündə dava düşüb, gənc oğlan döyülüb - FOTO

Bərdədə “yas pulu” üstündə dava düşüb, gənc oğlan döyülüb - FOTO Hadisəyə yerli sakinin “yas pulu”ndan oğurluq etmək istəməsi səbəb olub
Hadisə
6 May , 2017 21:19
Bərdədə “yas pulu” üstündə dava düşüb, gənc oğlan döyülüb - FOTO
Report.az

Bərdə. 6 may. REPORT.AZ/ Bərdə rayonunun Dəymədağlı kəndində pul üstündə dava düşüb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə yas mərasimi zamanı baş verib.

Belə ki, kənddə yaxın qohumunun yas mərasimində pul yığan 1984-cü il təvəllüdlü Əsədov Fikrət Akif oğlu həmkəndlilərinin hücumuna məruz qalıb. Hadisəyə kənd sakini Qəhrəman Kərimovun “yas pulu”ndan oğurluq etmək istəməsi səbəb olub. Bunu görən F.Əsədov Q.Kərimovla mübahisə edib. Daha sonra Q.Kərimovun Yalçın və Bəbir adlı övladları F.Əsədovu kəndin kənarındakı əkin sahəsinə aparıblar və orada ona küt alətlə ağır bədən xəsarətləri yetiriblər.

Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda Travmatologiya şöbəsində olan F.Əsədovun vəziyyətini həkimlər orta-ağır qiymətləndirirlər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi